Kalin və Sallivan arasındakı danışıqların təfərrüatları  açıqlanıb

Kalin və Sallivan arasındakı danışıqların təfərrüatları açıqlanıb

8 Dekabr 2022 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 7-də Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ilə Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sənayesində əməkdaşlıq, Rusiya ilə Ukrayna arasında müharibə, Şərqi Aralıq dənizi, Suriya və İraqdakı vəziyyət, İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesi müzakirə edilib,

Kalın qeyd edib ki, Ankara və Vaşinqton NATO müttəfiqləri kimi strateji və ümumi maraqlara diqqət yetirməlidirlər.

Türkiyə prezidentinin mətbuat katibi, həmçinin ABŞ Konqresinin Türkiyə üçün F-16 qırıcılarının tədarükü və modernləşdirilməsi tələbinin təsdiqlənməsi prosesinin başa çatması ilə bağlı Türkiyənin gözləntilərini Sallivanın diqqətinə çatdırdı.

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalındakı əməliyyatlarını şərh edən Kalın, Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaradan PKK/PYD/YPG terror təşkilatını hədəf aldıqlarını vurğuladı. O xatırladıb ki, Türkiyə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna malikdir.

Əziz Mustafa, Oxuməni.az