Daniel Frid: Putinin müharibəni bərpa edə bilməyəcəyinə əmin olmaq lazımdır...

Daniel Frid: Putinin müharibəni bərpa edə bilməyəcəyinə əmin olmaq lazımdır...

8 Dekabr 2022 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Atlantik Şurasının eksperti Daniel Frid "Amerikanın Səsi"nə deyib ki, ABŞ Ukraynaya özünümüdafiə üçün lazım olan hər şeyi Rusiya ərazisində cavab tədbirlərinin tətbiqinə qadağa qoymadan verməlidir.

Oxuməni.az xəbər verir ki, Daniel Frid hazırki vəziyyətdə Rusiyaya güzəştə getməyin təhlükəli olduğunu bildirib.

"Bütün Ukraynanın hücuma məruz qaldığı zaman Rusiyanın təhlükəsizliyi məsələsini önə çıxarmaq fikri yaxşı bir mövqe deyil ",-deyə, Frid bildirib. O, əlavə etdi ki,bu, bizim dəstəkləməli olduğumuz bir mövqe deyil.

Frid daha sonra deyib ki, münaqişədən sonra Ukrayna üçün təhlükəsizlik tədbirləri barədə düşünməliyik ki, Rusiya yenidən toplaşa və növbəti dəfə təcavüzə əl atmaq fikrinə düşməsin.

Atlantik Şurasının eksperti Ukrayna hökumətinin və xalqının NATO-ya qoşulmaq istəyini də xatırladıb. "Biz əmin olmalıyıq ki, Putin bir neçə ildən sonra müharibəni bərpa edə bilməyəcək",- deyə Frid vurğulayıb.

Daniel Frid 1997-2000-ci illərdə ABŞ-ın Polşadakı səfiri, 2005-2009-cu illərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi və 2013-2017-ci illərdə Dövlət Departamentinin sanksiya siyasətinin koordinatoru idi.

Əziz Mustafa, Oxuməni.az