Almaniyada çevriliş etmək istəyən şübhəlilər həbs olunub

Almaniyada çevriliş etmək istəyən şübhəlilər həbs olunub

7 Dekabr 2022 20:18
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada minlərlə polis dekabrın 7-də çərşənbə günü səhər saatlarında dövlət sistemini zorakılıqla devirməyə cəhd etdikləri deyilən sağ ekstremistlərə qarşı bir sıra reydlər keçirib.

Oxuməni.az xəbər verir ki, Almaniya Federal Prokurorluğu bildirib ki, 3000-ə yaxın polis əməkdaşı ölkənin 11 regionun 130 ünvaninda axtarış aparıb. Axtarışlar və həbslər Almaniyanın müharibədən sonrakı konstitusiyasını rədd edən və hökuməti zorakılıqla devirməyə çağıran Reyx vətəndaşları hərəkatının üzvlərinə qarşı yönəlib.

Prokurorlar 22 Almaniya vətəndaşının "terror təşkilatında iştirak" şübhəsi ilə saxlanıldığını bildirib. Kommunikedə deyilir ki, daha üç nəfər, o cümlədən Rusiya vətəndaşı təşkilata dəstək verməkdə şübhəli bilinir.

Axtarışlar xüsusilə Almaniyanın KSK (Kommando Spezialkräfte) xüsusi təyinatlılarının cənub-qərbindəki Kalv şəhərində (Karlsrue rayonu)yerləşən kazarmalarında aparılıb. Bölmə keçmişdə bəzi əsgərlərin sağçı hərəkatlarında iştirak etdiyi bildirilir.

Federal prokurorlar kazarmada axtarış aparıldığını təsdiq və ya təkzib etməyiblər.

Emin Axund, Oxuməni.az