Çin anti-covid məhdudiyyətlərini yüngülləşdirir

Çin anti-covid məhdudiyyətlərini yüngülləşdirir

7 Dekabr 2022 20:11
Bəyəndim (0) Bəyənmədim (0)

Çin hakimiyyəti koronavirusun yayılmasına nəzarət etmək üçün məhdudlaşdırıcı tədbirləri yumşaldır.

Oxuməni.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin çərşənbə günü dərc etdiyi COVID-19 ilə mübarizə tədbirlərinin optimallaşdırılmasına dair sənəddə deyilir.

Yüksək riskli ərazilərin müvəqqəti blokadası ləğv edilir, insanların hərəkəti məhdudlaşdırılmayacaq. Yoluxmuş insanlar karantində evdə qala bilərlər və əvvəllər geniş yayılmış PCR testlərinin həcmi azaldılacaq .

Çində koronavirusa yoluxma hallarının sayında artım noyabrın əvvəlində qeydə alınıb, onların böyük əksəriyyəti virusun asemptomatik daşıyıcıları olub. Hökumət məhdudlaşdırıcı tədbirləri sərtləşdirdikdən sonra Çinin bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilib.

Emin Axund, Oxuməni.az