Donald Trampın “Trump Organization” şirkəti vergi fırıldaqçılığında günahkar bilinib

Donald Trampın “Trump Organization” şirkəti vergi fırıldaqçılığında günahkar bilinib

7 Dekabr 2022 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın ailəsinə məxsus “Trump Organization”u vergi fırıldaqlarında təqsirli bilib. Məhkəmə zamanı nə Tramp, nə də ailəsi müttəhim olmayıblar, lakin şirkət onların otelləri , qolf klubları və dünya üzrə digər mülklərini idarə edir.

Oxuməni.az xəbər verir ki, İki günlük müzakirədən sonra andlılar məhkəməsinin heyəti Trump Təşkilatının prokurorlar tərəfindən irəli sürülən 17 ittihamın hamısında günahkar olduğunu söyləyiblər. Məhkəmə müəyyən edib ki, Trampın şirkətinin işçiləri 10 ildən artıq müddət ərzində müəyyən gəlirlərini bəyan etməyiblər, nəticədə onlar xeyli miqdarda vergi ödəməyiblər.

İşdə əsas təqsirləndirilən şəxs ,günahını boynuna alan və firma əleyhinə ifadə verən Trump Təşkilatının keçmiş maliyyə direktoru Alan Vaiselberg idi.

75 yaşlı Vaiselberg, 5 aydan çox olmayan həbsxanada qalacağı , həmçinin bəyan edilməmiş 1,7 milyon dollardan çox gəliri də qaytarmalı olacaq .

Hökmdə, xüsusilə, Vaiselbergin şirkətdən bəyan edilməmiş bahalı avtomobillər, mebel və məzuniyyət pulu aldığı bildirilir. Firma onun nəvəsinin özəl məktəbə getməsi üçün də pul ödəyib.

İş üzrə hökm yanvarın 13-də çıxarılacaq, Trampın şirkətinin 1,6 milyon dollar cərimə olunacağı gözlənilir.

Nyu York Baş Prokurorluğu həmçinin Tramp və onun üç övladına qarşı dələduzluqda şübhəli bilinən başqa bir işi də araşdırır. Prokurorluq hesab edir ki, 2011-2021-ci illər arasında "Trump Organization" qeyri-qanuni olaraq öz əmlakının dəyərini şişirdib və beləliklə, qanunsuz varlanma və "sistemi aldatmaq" məqsədilə öz kapitalını milyardlarla dollar artırıb.
Bunun üçün Nyu-Yorkun baş prokuroru Letitia James Tramp və övladlarının hər hansı Nyu-York şirkətlərində məsul işçi və ya direktor vəzifələrində işləmələrinin qadağan edilməsini tələb edib.

Emin Axund, Oxuməni.az