Ermənipərəst Menendezin səyləri nəticəsiz qaldı: ABŞ Türkiyəyə F-16 satacaq

Ermənipərəst Menendezin səyləri nəticəsiz qaldı: ABŞ Türkiyəyə F-16 satacaq

7 Dekabr 2022 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

2023-cü maliyyə ili üçün Milli Müdafiə ayırmaları Qanununun (National Defense Authorization Act, NDAA) son mətnində Türkiyənin F-16 təyyarələrinin alınmasını məhdudlaşdırmaq üçün Nümayəndələr Palatasının əvvəllər verdiyi maddələr yer almayıb.

Oxuməni.az xəbər verir ki, ABŞ Konqresinin müvafiq komitələri 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini razılaşdırıblar. Təsdiq edilmiş büdcənin məbləği 857 milyard dollar qiymətləndirilir.

Türkiyənin F-16 təyyarələrinin alınmasını məhdudlaşdıran maddələrin xaric edilməsinə türk diplomatlarının səyləri və Türkiyə XİN-in təşəbbüsləri təsir etdiyi iddia edilir. Eyni zamanda, Konqres üzvlərinin, xüsusən də kiprli yunanların və erməni lobbisinin lobbisinə yaxınlığı ilə tanınan və Türk düşməni olan Nyu-Cersi senatoru Bob Menendezin F-16-nın Türkiyəyə hər fürsətdə satılmasına mane ola bilmədiyi məlum olub.

Türkiyə ABŞ-dan 40 yeni F-16 Block 70 qırıcısı və xidmətdə olan 80 təyyarəninin modernləşdirilməsinə dəstək gözləyir.

Əziz Mustafa, Oxuməni.az