Estoniyanın baş naziri Kaja Kallas: “Rusiyaya heç nə təklif edə bilməzsiniz”

Estoniyanın baş naziri Kaja Kallas: “Rusiyaya heç nə təklif edə bilməzsiniz”

7 Dekabr 2022 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Sülh danışıqlarına gəlincə, Rusiyaya Ukraynadan götürdüyü heç bir şey təklif edilməməlidir.

Oxuməni.az xəbər verir ki, belə bir sərt bəyanatla Estoniyanın baş naziri çıxış edib. Kaia Kallas Emmanuel Makronun Qərbin Rusiyanın təhlükəsizlik zəmanəti tələbini nəzərdən keçirə biləcəyi ilə bağlı təklifinə belə cavab verib. Ukrayna rəsmiləri Fransa prezidentinin bu fikrini rədd ediblər.

“Ucadan və açıq şəkildə deməliyik ki, aqressiya öz bəhrəsini verə bilməz. Suveren bir ölkəyə hücum etsəniz, daha çox ərazi və ya daha çox resurs əldə edə bilməzsiniz. Əksinə, buna görə cəzalandırılacaqsınız. Axı biz beynəlxalq qaydalar üzərində razılaşdıq ki, başqa ölkəyə hücum etmək qanunsuzdur. Ona görə də Rusiyaya heç nə təklif etməzdim. Əslində mən onun üçün narahat olmazdım. Mən Ukraynanın sağ qalmasından və Rusiyanın öz sərhədlərinə qayıtmasından narahat olardım”.

Estoniya lideri çərşənbə axşamı Albaniyada Aİ və Qərbi Balkan ölkələrinin liderlərinin görüşü zamanı müxbirlərin suallarını cavablandırıb. Kallas hesab edir ki, Ukraynadakı müharibə bu regionların və bütövlükdə Avropanın daha da toparlanmasına səbəb olub.

Emin Axund, Oxuməni.az