Almaniyada bıçaqlı hücum nəticəsində yaralanan və ölən var

Almaniyada bıçaqlı hücum nəticəsində yaralanan və ölən var

7 Dekabr 2022 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada bıçaqlı hücum nəticəsində yaralanan və ölən var.

Oxuməni.az xəbər verir ki, Almaniyanın cənubunda məktəbli qızlara bıçaqla hücum edən şəxs məhkəmə qarşısına çıxacaq. Bundan əvvəl məlumat verilmişdi ki, məktəbə gedən 14 və 13 yaşlı iki qız bir nəfərin hücumuna məruz qalıb. 14 yaşı olan qız xəstəxanada ölüb, kiçiyi isə ağır yaralanıb, lakin onun həyatına heç bir təhlükə yoxdur.

Almaniya prokurorluğunun bildirdiyinə görə, şübhəlinin özü bıçaqlandığı üçün dinləmə böyük ehtimalla xəstəxanada keçiriləcək. Həmin şəxsin həbs edilib-edilməyəcəyinə və ya psixiatrik müalicəyə göndəriləcəyinə hakim qərar verəcək.

Hücum edənin Eritreyadan olan 27 yaşlı qaçqın olduğu və hücumu törətdiyi kiçik İllerkirxberq şəhərindəki qaçqınlar üçün sığınacaqda yaşadığı məlum olub.

Bild Ulm polis rəisi xəbər verir ki, şübhəlinin əvvəllər məhkumluğu olmayıb. Bundan əlavə, qaçqının Almaniyada yaşamaq icazəsi var. Onun motivləri hələ də bəlli deyil.

"Biz onu bu dəhşətli hərəkətə nəyin vadar etdiyini bilmirik. Fərziyyələr faydasızdır. Güman edirəm ki, bu, birdəfəlik hərəkət olub".

O qeyd edib ki, uşaqları məktəbə göndərməkdən qorxmağa heç bir əsas yoxdur.

Emin Axund. Oxuməni.az