Argentinanın vitse-prezidenti altı il müddətinə azadlıqdan məhrum edilib

Argentinanın vitse-prezidenti altı il müddətinə azadlıqdan məhrum edilib

7 Dekabr 2022 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Birinci instansiya məhkəməsi Argentinanın vitse-prezidenti Kristina Kirşneri korrupsiya işi üzrə altı il həbs cəzasına məhkum edib və onun dövlət vəzifələrində çalışması ömürlük qadağan edilib.

Oxuməni.az xəbər verir ki, hakimlər Kristina Fernandez de Kirşneri saxtakarlığa görə altı il müddətinə azadlıqdan məhkum etmək barədə qərar qəbul ediblər.

Prokurorluq vitse-prezidentin 12 il həbs cəzasına məhkum edilməsini istədi. Prokuror Dieqo Luçani işi ölkə tarixində "ən böyük korrupsiya işi" adlandırıb. O, həmçinin bütün təqsirləndirilən şəxslərin dövlət vəzifələrini tutmaq hüququndan ömürlük məhrum edilməsini və 1000 milyon dollar müsadirə edilməsini istədi.

Argentina hökuməti prokurorun Kirşner üçün həbs cəzası tələbini pislədi və "Kirşnerə aid edilən əməllərin heç biri sübut olunmadığını və ona qarşı irəli sürülən bütün ittihamların yalnız prezident olduğu zaman yerinə yetirdiyi funksiyalara aid olduğunu" söylədi.

Kirşner 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrına qədər Argentinanın prezidenti idi, o, bu vəzifədə həyat yoldaşı Nestor Kirşnerin yerinə keçmişdi.

Əziz Mustafa, Oxuməni.az