Kursk hava limanı yaxınlığındakı neft anbarında güclü yanğın baş verib
Kursk hava limanı yaxınlığındakı neft anbarında güclü yanğın baş verib
Oxuməni.az xəbər verir ki, bu barədə Kursk Fövqəladə Hallar Xidmətinin mətbuat nümayəndəsi bildirib. Onun sözlərinə görə, dronların hücumu nəticəsində neft saxlama anbarı yanır, tələfat yoxdur. Yanğın lokallaşdırılır. Bütün xüsusi xidmət orqanları yerində işləyir. Aerodromda yanğına PUA-nın hücumu səbəb olduğu bildirilir . Fövqəladə hallar xidmətinin sözçüsü həmçinin bildirib ki, yanğın sahəsi 500 kvadratmetrə çatıb.
Bazar ertəsi səhər saatlarında Rusiya ərazisinin dərinliklərində yerləşən iki hərbi aerodrom hücuma məruz qalıb. Ryazan yaxınlığında və Engelsdə partlayışlar baş verib. Hər iki aviabazada nüvə silahı daşıya bilən strateji təyyarələr yerləşir.
Emin Axund, Oxuməni.az