Ermənistanda KTMT - dən çıxmaq barədə düşünmürlər

Ermənistanda KTMT - dən çıxmaq barədə düşünmürlər

5 Dekabr 2022 16:22
41
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan KTMT-dən çıxmaq barədə heç vaxt danışmayıb.

Oxuməni.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib:

"Biz heç vaxt KTMT-dən çıxmaq barədə bəyanatlar verməmişik, KTMT-nin regionu tərk etməsindən danışmışıq, bundan çox narahatıq. Belə təəssürat yaranır ki, Ermənistan ərazisinin KTMT üçün bərabər strateji əhəmiyyəti yoxdur, Şərqi Avropa regionuna və Mərkəzi Asiyaya ciddi diqqət yetirilir",-deyə Simonyan KTMT Parlament Assambleyası Şurasının birgə iclası və KTMT PA-nın 15-ci plenar iclası zamanı bildirib.

Əziz Mustafa, Oxuməni.az