Avropa İttifaqı ABŞ-a layiqli cavab vəd edir
Avropa İttifaqı, ABŞ-da istehsal olunmaq şərti ilə elektrikli nəqliyyat vasitələri, akkumulyatorlar və elektrik avadanlığı istehsalçılarına milyardlarla dollarlıq subsidiyalar verən ABŞ-ın İnflyasiyanın Azaldılması Aktına cavab olaraq tədbir görməlidir.
Oxuməni.az bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüggedəki Avropa Kollecində çıxışı zamanı deyib.
Ursula fon der Lyayen, yeni yaşıl enerji yardım paketi ilə cəlb olunan, ABŞ-na investorların getməsinin qarşısını almaq üçün Aİ qaydalarının dəyişdirilməsi və təkmilləşdirilməsi zərurətinə işarə edib. Onun fikrincə, Aİ "yaşıl" enerjiyə keçid sahəsində layihələrin büdcə maliyyələşdirilməsinə çıxışı asanlaşdırmalıdır.
"İnflyasiyanın Azaldılması Aktı və digər tədbirlərin təhriflər yaratdığı oyunda tarazlığı saxlamaq üçün hərəkət etməliyik. Başqa sözlə, burada, Avropada əlverişsiz rəqabət şəraitini yumşaltmaq üçün hazırlaşmalı və eyni zamanda Birləşmiş Ştatlarla əməkdaşlıq etməliyik".
Avropa Komissiyasının prezidentinin sözlərinə görə, yeni qanun haqsız rəqabətə, bazarların bağlanmasına və kritik tədarük zəncirlərinin pozulmasına səbəb ola bilər.
O, həmçinin qeyd edib ki, yeni ticarət müharibəsinin başlaması nə ABŞ-ın, nə də Avropanın maraqlarına uyğundur və ABŞ-ı Aİ-nin narahatlığını nəzərə almağa çağırıb.
Emin Axund, Oxuməni.az