Rusiyada aviabazaya hücum edilib: Ölən və yaralananlar var

Rusiyada aviabazaya hücum edilib: Ölən və yaralananlar var

5 Dekabr 2022 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bazar ertəsi Rusiya Federasiyasının Ryazan vilayətindəki aerodromda benzin daşıyan maşının yanması nəticəsində üç nəfər ölüb.

Oxuməni.az xəbər verir ki, ilkin məlumatlara görə, yaralılar da var - altı nəfərə qədər. Təyyarələrdən birinə də ziyan dəyib. Hadisənin səbəbləri hələ bəlli deyil. Şahidlər səhər 6:30-da partlayış olduğunu bildirdilər. Onların sözlərinə görə, qonşu ərazidə kerosin qoxusu hiss olunurdu.

Xarici media və teleqram kanalları, bazar ertəsi günü Rusiya Federasiyasının Saratov vilayətinin Engels şəhərindəki hava bazasına naməlum bir pilotsuz təyyarənin hücumu nəticəsində iki Tu-95 təyyarəsinin zədələndiyini bildirirlər.

Mənbələrə görə, iki rus hərbçisi yaralanıb, xəstəxanaya aparılıb. Hakimiyyət hələlik rəsmi şərh verməyib.

Əziz Mustafa, Oxuməni.az