Almaniyanın Yaşıllar Partiyası Rusiya qarşısında sərt tələb qoyub

Almaniyanın Yaşıllar Partiyası Rusiya qarşısında sərt tələb qoyub

5 Dekabr 2022 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Yaşıllar Partiyası Rusiya Federasiyasından olan qaçqınların qəbulu üçün konkret addımlar atılmasını tələb edirlər

Oxuməni.az xəbər verir ki, hakim koalisiyanın bir hissəsi olan partiya xatırladıb ki, Almaniya hökuməti səfərbərlikdən qaçan rusların qəbulunu asanlaşdırmağa söz verib, lakin o vaxtdan bəri konkret heç bir iş görülməyib.

Federal hökumət Almaniyaya sığınacaq verilməsini və məcburi səfərbərlikdən qaçan və Ukraynada döyüşməkdən imtina edən rusların qəbulunu necə asanlaşdırmağı planlaşdırdığını açıq şəkildə bildirməlidir, Bundestaqın məxfi xidmətlərinin fəaliyyətinin monitorinqi komitəsinin sədri Konstantin fon Notz bildirib.

Notz xatırladıb ki, Rusiyada səfərbərlik elan edildikdən sonra Almaniyanın daxili işlər naziri Nensi Fazer və ədliyyə naziri Marko Buşman Putinə və müharibəyə qarşı çıxan rusların “Almaniyada xoş qarşılanacağına və burada müdafiə tapacaqlarına” söz veriblər. "Bu sözlərdən sonra konkret addımlar atılmalıdır", - Notz bildirib. O, nazirləri "bir daha mümkün qədər tez Avropa tərəfdaşları ilə əməkdaşlıq edərək insanlara necə tez və praqmatik kömək etmək lazım olduğunu aydınlaşdırmağa" çağırıb.

Onun sözlərinə görə, Almaniya “Avropanın güclü ölkəsi” kimi üzərinə düşəni etməlidir ki, “rus müxalifətçiləri və vicdanlı əsgərləri beynəlxalq hüququ pozan müharibəyə məcburi cəlb olunmaqdan qorumaq üçün Avropa ölkələrinə qəbul olunsun”. Mümkün ikinci səfərbərlik dalğası ilə bağlı söhbətlər fonunda Rusiyadakı vəziyyət “təhlükəli” olduğunu vurğulayan Nots Kremlin və müharibənin əleyhdarlarının həbs cəzası ilə üzləşdiyini və Aİ ölkələri ilə sərhədlərin çox vaxt artıq bağlandığını qeyd edib.

Emin Axund, Oxuməni.az