Ayətullah rejimi güzəştə gedir, İran əxlaq polisini ləğv edir

Ayətullah rejimi güzəştə gedir, İran əxlaq polisini ləğv edir

5 Dekabr 2022 10:55
47
Bəyəndim (0) Bəyənmədim (0)

İranın baş prokuroru Mohammad Jafar Montazeri bildirib ki, "Əxlaq polisin məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur" və o idarə artıq ləğv edilmişdir .

Oxuməni.az xəbər verir ki, bu açıqlama Montazerinin qadınların başlarını örtməsini tələb edən qanunun dəyişdirilməsi ilə bağlı "həm parlament, həm də məhkəmə sistemi məsələ üzərində işləyir" deməsindən bir gün sonraya təsadüf edib.

Prezident Ebrahim Rəisi şənbə günü televiziya şərhində deyib ki, İranın cümhuriyyət və islami əsasları konstitusiyada təsbit olunub, “lakin konstitusiyanın icrası üçün başqa olan yollar var”.

İslami Şura Məclisinin İdarə Heyətinin sözçüsü Nezamuddin Musəvi bazar günü deyib: İranda kütləvi etirazlar məsələsi parlament və hökumətin qapalı iclasında qaldırılıb.

Onun sözlərinə görə, həm hökumət, həm də parlament etirazların əksəriyyətinin iqtisadi problemlərlə bağlı olduğunu və “sabitliyə nail olmağın ən yaxşı yolunun xalqın real tələblərinə diqqət yetirmək olduğunu” vurğulayıb.

Hicab taxmaq İran hakimiyyəti üçün ideoloji baxımdan mühüm məsələyə çevrilib, ancaq bu yaxınlarda Tehran ciddi geyim kodunun yenidən nəzərdən keçirilə biləcəyini vurğulayıb.

İran İslam Respublikasında, 1979-cu il inqilabından dörd il sonra hicab geyimi məcburi olub.

Emin Axund, Oxuməni.az