Rusiya Ukrayna ilə sülh danışıqlarında maraqlı deyil-Blinken

Rusiya Ukrayna ilə sülh danışıqlarında maraqlı deyil-Blinken

5 Dekabr 2022 14:18
46
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibi Putinin döyüş meydanında qalib gələ bilmədiyini, buna görə qəzəbini və atəşini Ukrayna vətəndaşlarına yönəltdiyini qeyd etdi.

Rusiya hakimiyyəti hələ Ukraynaya qarşı müharibənin sona çatması üçün sülh danışıqları aparmaqda maraqlı deyil.

Oxuməni.az xəbər verir ki, bu sözləri ABŞ ABŞ dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, danışıqlar Putin üçün vaxt qazanmağa xidmıt edir

"Sözügedən tərəflər və bu halda Rusiya həqiqətən mənalı diplomatiyada maraqlıdırsa, diplomatiyanın həmişə faydası var. Ən azı son vaxtlar bunun tam əksini görürük", - deyə ABŞ dövlət katibi Entoni Blinken CBS xəbərinə müsahibəsində bildirib.

O qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski "sülh formulu" təklif etdikdən sonra da Putin təcavüzünü "ikiqat və üç qat artırdı". Səfərbərliyə başladı, Ukrayna ərazilərini ilhaq etməyə çalışdı və indi "qışı silahına çevirməyə"çalışır.

Əziz Mustafa, Oxuməni.az