Rusiyadan gələn təhlükəyə qarşə Moldova  NATO-ya üzv olmaq niyyətindədir

Rusiyadan gələn təhlükəyə qarşə Moldova NATO-ya üzv olmaq niyyətindədir

5 Dekabr 2022 10:12
Bəyəndim (0) Bəyənmədim (0)
Moldova Prezidenti Maya Sandu Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin NATO-ya qoşulmaq niyyətindən danışıb. Oxuməni.az xəbər verir ki, Sandu buna əsas səbəb kimi Rusiyadan gələn təhlükəni göstərib: "Ukraynaya hücum edən Rusiya bununla da da yırtıcı simasını bir daha göstərdi və sübut etdi ki, qonşuları ilə dinc şəraitdə yaşaya bilmir. Rusiyadan gələn təhlükəyə qarşı yeganə çıxış yolu NATO-ya üzv olmaqdır" Sandunun sözlərinə görə, Moldovanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı danışıqlar Dnestryanıda Rusiya qoşunlarının mövcudluğunu xeyli çətinləşdirir. Eyni zamanda, dövlətin Konstitusiyasında bitərəflik, habelə digər ölkələrin ordularının yerləşdirilməsinin qadağan edilməsi haqqında müddəa təsbit edilmişdir.

Moldova Prezidenti Maya Sandu Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin NATO-ya qoşulmaq niyyətindən danışıb.

Oxuməni.az xəbər verir ki, Sandu buna əsas səbəb kimi Rusiyadan gələn təhlükəni göstərib: "Ukraynaya hücum edən Rusiya bununla da da yırtıcı simasını bir daha göstərdi və sübut etdi ki, qonşuları ilə dinc şəraitdə yaşaya bilmir. Rusiyadan gələn təhlükəyə qarşı yeganə çıxış yolu NATO-ya üzv olmaqdır"

Sandunun sözlərinə görə, Moldovanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı danışıqlar Dnestryanıda Rusiya qoşunlarının mövcudluğunu xeyli çətinləşdirir.

Eyni zamanda, dövlətin Konstitusiyasında bitərəflik, habelə digər ölkələrin ordularının yerləşdirilməsinin qadağan edilməsi haqqında müddəa təsbit edilmişdir.

Əziz Mustafa, Oxuməni.az