Braziliyada magistral yolda sürüşmə baş verib ölən və onlarla itkin düşənlər var

Braziliyada magistral yolda sürüşmə baş verib ölən və onlarla itkin düşənlər var

4 Dekabr 2022 07:34
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyanın cənubundakı Parana ştatında avtomobil yolunun bir hissəsinin çökməsi nəticəsində ən azı iki nəfər ölüb, onlarla insan itkin düşüb.

Oxuməni.az xəbər verir ki, səlahiyyətlilərin bildirdiyinə görə, 20-yə yaxın avtomobil və yük maşını leysan yağışdan sonra sıldırım yamacdan aşağı düşən palçıq altında qalıb. Xilasedicilər deyirlər ki, pis hava şəraiti və hadisə yerinin uzaqlığı axtarış işlərini çətinləşdirib.

Yanğınsöndürənlərin məlumatına görə, 30-50 nəfər arası itkin düşüb. Sağ qalanların tapılması ümidi ilə termal skanerli dronlardan istifadə olunur.

Emin Axund, Oxuməni.az