Belarusda müharibəyə hazırlıq gedir: Ukrayna cavab verməyə hazırlaşır

Belarusda müharibəyə hazırlıq gedir: Ukrayna cavab verməyə hazırlaşır

3 Dekabr 2022 22:26
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Belarusda müttəfiq qoşunların yığılması fonunda reaksiya verməyə hazırlaşır.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (APU) Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Yanayev bildirib, videomüraciət komandanlığın Facebook səhifəsində yerləşdirilib.

Onun sözlərinə görə, APU respublikadakı vəziyyəti daim izləyir və qüvvələri "adekvat reaksiya"verməyə hazırlayır. Ukrayna tərəfinin məlumatına görə, hələlik Belarusdan heç bir təhlükə yoxdur.

"Belarus ərazisində müttəfiq qoşun qruplaşmasının yığılması davam edir. Beləliklə, bu vəziyyəti daim izləyirik və gücümüzü adekvat cavab verməyə hazırlayırıq. Hazırda Belarusdan heç bir təhlükə yoxdur. APU tərəfindən görülən işlər müdafiəmizin dayanıqlığını və bu təhlükənin artmasına cavabımızın adekvatlığını artırmalıdır".

Belarus tərəfindən hərbi təhlükə artarsa, Baş Qərargah əlavə qüvvələr təmin edəcək.

Əziz Mustafa, Oxuməni.az