ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snouden Rusiya pasportunu alıb

ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snouden Rusiya pasportunu alıb

3 Dekabr 2022 21:56
Bəyəndim (0) Bəyənmədim (0)

Snouden bu ilin sentyabrında Rusiya vətəndaşlığını alıb.

Oxuməni.az xəbər verir ki, o, bu yolla ailəsinin sabitlik əldə etdiyini bildirib. Snouden bildirib ki, həyat yoldaşı da Rusiya pasportu üçün müraciət etməyə hazırlaşır.

Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) işləyən Edvard Snouden 2013-cü ildə Amerika kəşfiyyat xidmətləri proqramı ilə bağlı məxfi sənədləri ABŞ vətəndaşlarına verərək beynəlxalq qalmaqalın mərkəzində olmuşdu. Bundan sonra o, ABŞ-dan qaçmışdır və eyni zamanda bir neçə ölkədən, o cümlədən Rusiyadan siyasi sığınacaq istəmişdi.

Emin Axund