Mərakeşli miqrant sərhədi paraplanla uçaraq keçib
Mərakeşdən olan qeyri-qanuni miqrant paraplanla Afrika sahillərində İspaniyanın Melilla anklavı ərazisinə daxil olub. Adam yerə enəndən dərhal sonra qaçıb və o axtarışa verilib.
Oxuməni.az xəbər verir ki, o, yerli sakinlər tərəfindən ifşa edilib və hadisə barədə polisə məlumat verilib . Paraplan ilk dəfə belə məqsədlər üçün istifadə olunur.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən ölkəyə 29 min miqrant qeyri-qanuni yollarla daxil olub ki, onlardan 1500-ə yaxını Melilla anklavının ərazisində olub.
İyun ayında Melillada 23 miqrant hündür hasarın üstündən , dırmaşmaq sərhədi keçmək istəyərkən həlak olub.
Emin Axund, Oxuməni.az
Digər xəbərlər