Ukraynanın altı Avropa ölkəsindəki səfirlikləri və konsulluqları poçt vasitəsilə heyvan gözləri olan bağlamalar alıblar

Ukraynanın altı Avropa ölkəsindəki səfirlikləri və konsulluqları poçt vasitəsilə heyvan gözləri olan bağlamalar alıblar

3 Dekabr 2022 21:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kulebanı ölkənin diplomatik nümayəndəliklərinə göndərildiyi bağlamalar “Qəsdən planlaşdırılmış terror kampaniyası və hədə-qorxu” adlandırıb.

Oxuməni.az xəbər verir ki, altı Avropa ölkəsindəki Ukrayna səfirlikləri və konsulluqları poçt vasitəsilə heyvan gözləri olan bağlamalar alıblar, belə bağlamalar Macarıstan, İtaliya, Hollandiya, Polşa, Xorvatiya və Çexiyadakı nümayəndəliklərinə göndərilib .

Ukraynalı diplomatlar əvvəllər də belə hücumlara məruz qalıblar . Ukraynanın Vatikandakı səfiri bildirib ki, onun Romadakı mənzilinin girişi dağıdılıb. Çərşənbə günü isə Ukraynanın Madriddəki səfirliyinə ,səfirə ünvanlanmış bağlama gəlib. Bağlamanı açmaq istəyərkən partlayış baş verib, bir işçi yaralanıb. İspaniya hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.

Üstəlik, eyni zamanda, İspaniya mətbuatının yazdığına görə, ölkənin baş nazirinə, Müdafiə Nazirliyinə, iri silah istehsalçısının ofisinə və hərbi hava bazasına təhlükəli bağlamalar göndərilib.

Emin Axund, Oxuməni.az