İsveç terrorda şübhəli bilinən şəxsi Türkiyəyə ekstradisiya edib

İsveç terrorda şübhəli bilinən şəxsi Türkiyəyə ekstradisiya edib

3 Dekabr 2022 21:01
18
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına (PKK) üzv olmaqda təqsirli bilinən ilk şəxsi Türkiyəyə ekstradisiya edib.

Oxuməni.az xəbər verir ki, bununla da o, Türkiyə ilə NATO-ya üzvlüklə bağlı imzalanmış və terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyasını nəzərdə tutan Anlaşma Memorandumunun həyata keçirilməsi istiqamətində konkret addım atıb.

Türkiyədə 6 il 10 ay həbs cəzası alan Mahmut Tat 2015-ci ildə İsveçdən sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. Bir müddət əvvəl o, İsveç polisi tərəfindən saxlanılıb. Cümə günü axşam saatlarında Tat İstanbula aparılıb, oradan da hökmün icrası ilə bağlı prosedurların aparılması üçün istintaq təcridxanasına göndərilib.

Emin Axund, Oxuməni.az