San Fransisko polisində Robocop işləyəcək

San Fransisko polisində Robocop işləyəcək

3 Dekabr 2022 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

San-Fransisko Şəhər Şurası noyabrın sonunda şəhər polisinə fövqəladə hallarda uzaqdan idarə olunan döyüş robotlarından istifadə etməyə icazə vermək üçün səs verib.

Oxuməni.az xəbər verir ki, yeniliyin əleyhdarları bunun polisin daha da hərbiləşdirilməsinə səbəb olacağını iddia edirlər.
Təqdim olunan avadanlıqların siyahısına 17 robot daxildir. Yeni polis "üzvləri" vəziyyət belə əhəmiyyətli və həddindən artıq tədbirlər tələb etdikdə "döyüşdə iştirak etmək, silahlı və təhlükəli cinayətkarları yararsız hala salmaq , onları çaşdırmaq" üçün istifadə ediləcək . "Döyüş robotları yalnız ekstremal şəraitdə günahsız insanları xilas etmək və ya ölümünün qarşısını almaq üçün istifadə olunacaq", - San-Fransisko polisinin bəyanatında deyilir.

Emin Axund, Oxuməni.az