Saakaşvili gedir və heç kimi günahlandırmır

Saakaşvili gedir və heç kimi günahlandırmır

2 Dekabr 2022 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili artıq Gürcüstanın siyasi həyatında iştirak etmək niyyətində deyil.

Oxuməni.az xəbər verir ki, bu barədə Saakaşvilinin anası Giuli Alasaniyanın keçmiş prezidentin Facebook səhifəsində yaydığı bəyanatda deyilir.

Saakaşvilinin anası qeyd edib ki, o, Gürcüstan hakimiyyətini vəkillərinin əvvəllər danışdıqları iddia edilən zəhərlənmədə ittiham etmir, bunun arxasında başqa ölkə dura bilər.

Onun sözlərinə görə, Saakaşvilinin bədənində ağır metalların olması üçün testlər ABŞ laboratoriyalarında aparılıb: "Mişanın zəhərlənməsinin Gürcüstan dövlətinə qarşı təxribat olması mümkündür".

Əziz Mustafa, Oxuməni.az