Kreml Baydenin şərtini rədd etdi

Kreml Baydenin şərtini rədd etdi

2 Dekabr 2022 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Kremldə ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukraynadan çıxması halında Rusiya ilə danışıqlar aparmaq şərtini qəbul etməyə hazır deyillər.

Oxuməni.az xəbər verir ki, bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib.

Peskov: "Əslində, Prezident Bayden nə dedi? O, danışıqların yalnız Putin Ukraynadan ayrıldıqdan sonra mümkün olduğunu söylədi",-deyə açıqlama verib.

Jurnalistlər ondan "Kremlin buna hazır olmadığı" tezisini təsdiqləməsini istədi.

"Yaxşı, şübhəsiz. Xüsusi hərbi əməliyyat davam edir " deyə Rusiya Federasiyası prezidentinin mətbuat katibi bildirib.

Əziz Mustafa, Oxuməni.az