Rusiya Ukraynanın İspaniyadakı səfirliyində törədilən  terror aktını pisləyib

Rusiya Ukraynanın İspaniyadakı səfirliyində törədilən  terror aktını pisləyib

2 Dekabr 2022 14:41
Bəyəndim (0) Bəyənmədim (1)

Rusiyanın İspaniyadakı səfirliyi Ukrayna səfirliyinə, İspaniya Baş nazirinin iqamətgahı və İspaniya Müdafiə Nazirliyinin ünvanlarına partlayıcı qurğular olan bağlamaların göndərilməsi xəbərindən sonra “terror aktını” pisləyib .

Oxuməni.az xəbər verir ki, müvafiq yazı Rusiya diplomatik missiyasının “Twitter” səhifəsində yerləşdirilib.
“Biz istənilən təhdidləri və terror aktlarını, xüsusən də diplomatik missiyalara qarşı yönəlmiş hərəkətləri pisləyirik”, - mesajda deyilir.

Ukraynanın İspaniyadakı səfirliyinə bir gün əvvəl partlayıcı maddələr olan zərf gəlib. Paket səfir Sergey Poqoreltsevə ünvanlanıb. Diplomatın özünün dediyi kimi, diplomatik nümayəndəliyin katibi gələn bağlamanı , cavabdeh olan komendanta təhvil verib və o, bunu şübhəli hesab edib. Poqoreltsevin sözlərinə görə, səfirliyin əməkdaşı onunla birlikdə həyətə çıxıb və o zaman partlayış baş verib . Partlayışdan əvvəl komendant bağlamanı atmağı bacarsa da, o əlindən xəsarət alıb.
Həmin gün daha bir bomba , raket sistemləri, əl qumbaraatanı və gecəgörmə cihazları istehsal edən Zaragoza şirkətinin İnstalaza ofisinə çatdırılıb.
Dekabrın 1-də İspaniya Müdafiə Nazirliyinin və Torrexon de Ardoz aviabazasının ünvanlarına (Madrid əyaləti) partlayıcı qurğular olan bağlamalar gəlib. Polis həmçinin məhkəməyə xəbər verib ki, oxşar zərf İspaniyanın baş naziri Pedro Sançesin iqamətgahına (Madriddəki Monkloa Sarayı)da gəlib. İspaniya Daxili İşlər Nazirliyi , təhlükəsizlik xidmətlərinin şübhəsinə səbəb olan bağlamaların adi poçt vasitəsilə göndərildiyini bildirib.
Təhlükəsizlik üzrə dövlət katibi Rafael Perez bildirib ki, bütün beş paket eynidir - əldəqayırma partlayıcı qurğular olan qəhvəyi rəngdə zərflərdir . İlkin məlumatlara görə, onlar İspaniya ərazisindən göndəriliblər.

Emin Axund, Oxuməni.az