Rusiya öz əvvəlki sərhədlərinə çəkilmədən onunla danışıqlar mümkün deyil

Rusiya öz əvvəlki sərhədlərinə çəkilmədən onunla danışıqlar mümkün deyil

2 Dekabr 2022 12:21
66
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov bildirib ki, Rusiya danışıqlara dəyməz və indiki sərhədlərdə mövcud olmağı dayandırmalıdır. Onun sözlərinə görə, Ukrayna sübut edib ki, Rusiyadan qorxmaq lazım deyil.

Oxuməni.az xəbər verir ki, Kiyev təhlükəsizlik Forumunda Danilov həmçinin rusların sadəcə barbarlar olduğunu və onlarla danışıqlar aparılmasının Ukrayna xalqına baçucalığı gətirməyəcəyini deyib.

"Onları sadəcə məhv etmək lazımdır ki, mövcud olduqları sərhədlər daxilində bir ölkə kimi mövcud olmalarını dayandırsınlar. Bu gün Rusiya öz ərazisində çox sayda xalqı, onların dilini, mədəniyyətini, ənənələrini məhv edən koloniyaları olan azsaylı ölkələrdən biridir. Onlar sadəcə barbarlardır. Və bu barbarlarla eyni masada oturub bir şey haqqında danışmalı olduqlarını söylədikdə, bunu xalqımıza layiq hesab etmirəm",- deyə Danilov bildirib.

O əlavə edib ki, Ukraynanın daim kiminsə tarixini oğurlayan Rusiya ilə heç bir əlaqəsi yoxdur.

"Siz öz ərazisində olan Moskoviyasiniz, daim kiminsə ərazisini oğurlayan oğrularsınız, daim bir şey tələb edirsiniz, amma dünyada ümumiyyətlə kiminsə sizinlə ünsiyyət qurmasına layiq deyilsiniz... Ümumiyyətlə, Putin və Hitlerin Siyam əkizləri olduğuna inanıram, yalnız biri bir az sonra anadan olub", -deyə Danilov yekunlaşdırdı.

Əziz Mustafa, Oxuməni.az