İsveçrə Rusiyanın 7 milyard avroluq aktivlərini dondurdu

İsveçrə Rusiyanın 7 milyard avroluq aktivlərini dondurdu

2 Dekabr 2022 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukraynaya tam miqyaslı hücumunun onuncu ayında İsveçrə dondurulmuş Rusiya aktivləri haqqında məlumatları yeniləyib.

Oxuməni.az xəbər verir ki, İsveçrə İqtisadiyyat Nazirliyinin məlumatına görə, Rusiyanın Ukraynaya təcavüzü səbəbindən İsveçrədə dondurulmuş aktivlərin ümumi məbləği 7,5 milyard İsveçrə frankına (7,2 milyard avro) çatıb.

Bu məbləğə sanksiya altında olan hüquqi və fiziki şəxslərin 15 dondurulmuş əmlakının dəyəri aid deyil.

Əziz Mustafa, Oxuməni.az