Silah istehsalçısına poçtla bomba göndərilib

Silah istehsalçısına poçtla bomba göndərilib

1 Dekabr 2022 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyada Ukrayna üçün silah istehsal edən şirkət, Ukrayna səfirliyi ilə eyni gündə poçtla bomba alıb.

Oxuməni.az xəbər verir ki, təhlükəli bağlama polis tərəfindən zərərsizləşdirilib, itki yoxdur. Polis bağlamanı göndərənləri araşdırır.

İspaniyanın Saraqosada yerləşən və Ukrayna üçün də silah istehsal edən “Instalaza” şirkəti bu gün paketdə partlayıcı qurğu aldığını bildirib. Günün əvvəlində isə poçtla çatdırılan eyni bağlamadan, Madriddəki Ukrayna səfirliyində partlayış baş verib.

Yerli polis rəsmisi bildirib ki, "Instalaza" ya çatdırılan 10 sm x 15 sm ölçüsündə paket Ukraynadan gətirilib. Artıq paytaxtda baş verən partlayışdan xəbərdar olan şirkət əməkdaşları polisə müraciət ediblər. Gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıblar, bağlama polisə təhvil verilib. Rentgen vasitəsi ilə bağlamaya baxış etdikdə, onun içərisində partlayıcı qurğunun və açıldıqda onu işə salan yayın olduğu görünüb. Bağlama idarə olunan partlayış nəticəsində məhv edilib, heç kim xəsarət almayıb.

Instalaza şirkəti , digər silahlarla yanaşı, İspaniyanın Rusiya Silahlı Qüvvələrinə qarşı çıxmaq üçün Ukraynaya tədarük etdiyi C30 əl tipli tank əleyhinə qumbaraatanlar istehsal edir.

Emin Axund, Oxuməni.az