Lukaşenko güc nazirliklərini topladı: Ukrayna ilə sərhəd müzakirə edilib

Lukaşenko güc nazirliklərini topladı: Ukrayna ilə sərhəd müzakirə edilib

1 Dekabr 2022 14:37
65
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 1-də Belarusun müdafiəsi ilə bağlı müşavirə keçirib.

Oxuməni.az xəbər verir ki, iclasda Belarus ətrafında hərbi-siyasi vəziyyətin inkişafı və ona sonrakı reaksiya tədbirləri müzakirə olunub.

"Bütün güc idarələri dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edirlər. Ukrayna istənilən bəhanə ilə NATO-ya üzv ölkələrin qoşunlarını münaqişəyə cəlb etməyə çalışır. Bütün bunları Polşaya raketin düşməsi ilə təsdiqləyir", - agentlik Lukaşenkodan sitat gətirir.

Lukaşenko onu da qeyd edib ki, Belarus müxalifəti ölkə daxilindəki sabitliyi pozmağa çalışır: "Eyni zamanda, qaçaq müxalifət, quldurlar tərəfindən güc yolu ilə hakimiyyəti ələ keçirməyə və Belarus ərazisində terror aktları törətməyə çağırışlar getdikcə daha çox səslənir. Onlar utanmadan ölkəmizin ərazisindəki obyektlərə zərbələr endirməyə çağırırlar. Bütün bunlar ölkəmizin ətrafında və bütövlükdə regionda onsuz da mürəkkəb hərbi-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarır", - Lukaşenko hesab edir.

Əziz Mustafa, Oxuməni.az