Sibel Can boşanma iddiasını rədd edib

Sibel Can boşanma iddiasını rədd edib

1 Dekabr 2022 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Sibel Can və Hakan Uralın evliliyindən dünyaya gələn oğlu Engincan Ural bir müddət əvvəl Bodrumda keçirilən toyda çoxdankı sevgilisi Merve Kaya ilə evlənib. Lakin Engincan Ural və Merve Kayanın evliliyində münaqişələr başlayıb. Kayanın Urala xəyanət etdiyi və cütlüyün boşanmaq qərarına gəldiyi iddia edilib.

Engincan Uralın Bodrumda evləndiyi Merve Kaya ilə evliliyi 45 gün davam edib. Sibel Canın onlar üçün etdiyi toydan və gəlini Merve Kayaya taxdığı zinət əşyalarından zaman-zaman çox danışılıb. Lakin bütün bunlara baxmayaraq Kaya və Engincan Ural boşanmaq qərarına gəliblər. Evliliklərinin hələ ikinci ayında olmayan yeni evlənən cütlüyün ayrılmaq qərarına gəldiyi sosial şəbəkələrdə qismən də olsa təsdiqini tapıb.

Yayımlanan xəbərə görə, cütlük artıq evliliklərini bitirmək qərarına gəlib. Cütlüyün ayrılma qərarı mətbuatda bomba effekti yaratsa da, Sibel Canın bu qərarından çox üzüldüyü bildirilib.

Sibel Candan gözlənilən paylaşım gəlib. İnstaqram hesabında oğlu və gəlininin fotosunu paylaşan Can, boşanma iddiasını rədd edib.

Murad Şahməmmədov