"İslam Dövləti" - lideri Əbu əl-Həsən əl-Qureyşinin ölümünü elan edib

"İslam Dövləti" - lideri Əbu əl-Həsən əl-Qureyşinin ölümünü elan edib

1 Dekabr 2022 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

"İslam Dövləti" - lideri Əbu əl-Həsən əl-Qureyşinin ölümünü elan edib

Oxuməni.az xəbər verir ki, qrupun sözçüsü öz Telegram kanalında əl-Qüreyşinin “Allahın düşmənləri” adlandırdığı qruplarla döyüşdə öldürüldüyünü bildirən audio mesaj yerləşdirib, lakin başqa təfərrüatları açıqlamayıb. Onun 45 yaşı var idi.

Qrup həmçinin Əbu əl-Hüseyn əl-Hüseyni, əl-Qureyişinin İŞİD-in yeni lideri seçildiyini açıqlayıb. Hələlik onun haqqında az şey məlumdur. ABŞ Suriyanın cənub-qərbindəki Dera əyalətində Azad Suriya Ordusunun (həm cihadçılara, həm də prezident Bəşər Əsədin hökumət qüvvələrinə qarşı döyüşən qruplaşma) əməliyyatı zamanı İŞİD liderinin öldürüldüyünü təsdiqləyib. Pentaqondan verilən açıqlamaya görə, Amerika hərbçiləri bu əməliyyatda iştirak etməyiblər.

ABŞ Prezident Administrasiyasının sözçüsü Con Kirbi İŞİD liderinin ölüm xəbərini alqışlayıb.

Əbu əl-Həsən əl-Qureyşi bu ilin martında İŞİD-in əvvəlki liderinin Suriyanın şimal-şərqində öldürülməsindən sonra onun başına keçmiş idi.

İŞİD-in terrorçu “Xilafəti” vaxtilə İraqın şərqindən Suriyanın qərbinə qədər 88 min kvadrat kilometr ərazini əhatə edirdi. Təxminən səkkiz milyon insan terrorçuların boyunduruğu altında yaşayırdı.

2017 və 2018-ci illərdə İŞİD əvvəlcə İraqda, sonra isə Suriyada döyüş meydanında məğlub olub. Bununla belə, qruplaşma Əfqanıstanın şimalındakı Kunduz şəhərində şiə məscidinin bombalanması kimi hücumlara görə məsuliyyəti öz üzərinə götürməkdə davam edir. Partlayışda azı 50 nəfər həlak olub, bu, ABŞ qoşunlarının ölkədən çıxarılmasından sonra ən böyük terror aktıdır.

Əziz Mustafa, Oxuməni.az