Mila Kunis borşu rus yeməyi adlandırıb və qalmaqala səbəb olub

Mila Kunis borşu rus yeməyi adlandırıb və qalmaqala səbəb olub

1 Dekabr 2022 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Mila Kunis ailəsinin hazırladığı yeməklərdən danışaraq beynəlxalq qalmaqala səbəb olub.

Oxuməni.az xəbər verir ki, ulduz 1983-cü ildə SSRİ-də anadan olub, valideynləri ilə o,Ukraynada yaşayıb və 1991-ci ildə bütün ailə ABŞ-a mühacirət etdib.

Kunis , hələ də anasının bişirdiyi yeməkləri çox sevir, borş və vareniki yeməklərini, rus yeməkləri adlandırıb.

“Bu, anamın bişirdiyi inanılmaz dadlı yeməklərdir. Sonra borş bişirə bilərsiniz, bu belə bir rus çuğunduru şorbasıdır "-deyə Hollivud ulduzu yeməkləri sadaladı. O, həmçinin əlavə edib ki, ruslar hisə verilmiş balıqları və digər balıq növlərini də sevirlər.
"Ruslar, ey ukraynalılar... Biz elə bir dövrdə yaşayırıq ki, mən artıq özümü nə adlandıracağımı belə bilmirəm" deyə o yemək haqqında hekayəsini yekunlaşdırıb.
Ukraynadan olan millətçilər Kunisi borşu rus yeməyi kimi təqdim etdiyinə görə qınayıblar. Həm də onu bu günə qədər ukraynalı köklərini təbliğ etməməkdə günahlandırırlar, amma əslində o, özünü həmişə rus hesab edirmiş. Eyni zamanda, Kunis və əri Ashton Kutcher ukraynalılara çoxlu ianələr köçürblər.
Mila başa düşmür ki, borş Ukrayna, kələm şorbası isə rus yeməyidir. O, Ukraynada anadan olub, lakin ölkəsi haqqında heç nə bilmir. Get, rus yeməyini ye, Mila, bu sənə uyğundur deyə ukraynalılar ona yazmışlar .O, 1983-ci il avqustun 14-də Çernivtsidə yəhudi ailəsində anadan olub. Anası Elvira fizika müəllimi , sonra aptekdə müdür , atası Mark Borisoviç keçmişdə Çernivtsi şəhərində "Leqmaş" zavodunda mühəndis, ABŞ-a köçdükdən sonra taksi sürücüsü kimi çalışmışdır . Milanın Maykl adlı böyük bir qardaşı var. Aktrisanın ana dili rus dilidir.
Mila Kunis karyerasının əvvəlində yaşı ilə bağlı yalan danışdığını etiraf edib. Aktrisa aydınlaşdırıb ki, rola təsdiq olunduqdan sonra proyektin prodüserlərinə onun hiyləsini səmimi şəkildə deyib və onlar buna anlayışla yanaşıblar.

Emin Axund, Oxuməni.az