Uniper Qazprom-dan milyardlarla dollar təzminat tələb edir

Uniper Qazprom-dan milyardlarla dollar təzminat tələb edir

1 Dekabr 2022 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya konserni Rusiyadan təbii qaz nəqlinin dayandırılması səbəbindən böyük itkilər verir.

Oxuməni.az xəbər verir ki, Uniper beynəlxalq arbitraja müraciət etmək və Qazprom-dan milyardlarla dollar tələb etmək qərarına gəlib

"Bu prosesin bir hissəsi olaraq, biz ciddi maliyyə zərərimizə görə kompensasiya tələb edəcəyik", bu barədə çərşənbə günü, Düsseldorfda yerləşən Uniperin ofisindən bildirilib.

"Söhbət "Qazprom"la müqavilələrdə göstərilən həcmi, tam şəkildə təhvil verə bilmədiyi qazdan gedir. Biz bu itkilərə məruz qalmışıq, lakin onlara görə heç bir məsuliyyət daşımırıq", bunu Uniperin nümayəndəsi izah edib və əlavə edib ki, Uniper Stokholmdakı arbitraj məhkəməsində bu məsələnin ədalətli həllini tapacağına inanır.

Uniper Group şəhər elektrik stansiyaları və sənaye müəssisələri kimi böyük müştəriləri, qaz və elektrik enerjisi ilə təmin edir. Uzun illərdir ki, Rusiyadan təbii qaz alırdı, indi isə onu dünya bazarlarından xeyli baha qiymətə almalı olur. "Təkcə alternativ satıcılardan qazın alınması xərcləri artıq Uniper-ə 11,6 milyard avroya başa gəlib və 2024-cü ilin sonuna qədər bu xərclər yalnız artacaq". Noyabrın əvvəlində Uniper təkcə bu ilin ilk doqquz ayında 40 milyard avroluq nəhəng zərərin olduğunu bildirdi. Maliyyə problemləri üzündən o, Almaniya dövlətindən çoxmilyardlı yardım alıb , lakin bu , kifayət etmir, ona görə də Berlin bu müəssisəni milliləşdirməyə qərarlıdır.

Emin Axund, Oxuməni.az