Türkiyənin son ultimatumu: Kürdlər 30 kilometr geri çəkilməlidirlər

Türkiyənin son ultimatumu: Kürdlər 30 kilometr geri çəkilməlidirlər

1 Dekabr 2022 11:23
79
Bəyəndim (1) Bəyənmədim (0)

Ankara Moskvaya vaxt verdi ki, Rusiya tərəfi əsasən PKK/ons terrorçularından ibarət olan "Suriya Demokratik qüvvələrini" Fərat çayının şərq sahilinə çəkilməyə inandırsın. Əgər Rusiya kürdləri geri çəkilməyə inandıra bilməsə, Türkiyə hərbi əməliyyata başlayacaq.

Oxuməni.az xəbər verir ki, bu barədə Al Jazeera telekanalı öz adını çəkmək istəməyən Türkiyə rəsmilərinə istinadən bildirib.

Rusiya hazırda "Suriya Demokratik Qüvvələri" nin rəhbərliyi ilə danışıqlar aparır və kürdləri Türkiyə sərhədlərindən 30 kilometr uzaqlaşmağa inandırmağa çalışır. Ankaranın tələbinə əsasən, kürdlər əvvəlcə Təl-Rifatdan, sonra isə Kuban və Manbic rayonlarından getməlidirlər.

Türkiyə Suriya hökumət administrasiyasını bəzi sərhəd rayonlarında yerləşdirməyi də planlaşdırır. Kürdlər razılaşsalar, Təl-Rifatda Türkiyənin dəstəklədiyi müxalif "Suriya Milli Ordusu" yerləşməlidir. Tel Rifat strateji mövqeyinə görə Ankara üçün vacibdir.

Əziz Mustafa, Oxuməni.az