Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib

Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib

30 Noyabr 2022 20:01
43
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib.

Oxuməni.az xəbər verir ki, İspaniya polisi Ukraynanın Madriddəki səfirliyində baş verən partlayış nəticəsində bir nəfər səfirliyin əməkdaşının yaralandığını bildirib

Hadisə şahidlərinin sözlərinə görə, partlayış zamanı zərərçəkənin əlində məktub olub. O, yüngül bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenkonun sözlərinə görə, səfirliyə yoxlama zamanı komendantın əlində partlayan zərf gəlib. "Komendant yüngül xəsarətlər alıb, hazırda xəstəxanadadır, ona lazımi tibbi yardım göstərilir. Onun həyatı üçün heç bir təhlükə yoxdur", - Nikolenko öz sosial media səhifəsində yazıb. O əlavə edib ki, səfirliyin digər əməkdaşları xəsarət almayıblar.

Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba təcili olaraq bütün Ukrayna səfirliklərinin təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verib. Nazir həmçinin bildirib ki, bu partlayışın təşkilinin arxasında kim dayanıbsa, onlar nə ukraynalı diplomatları qorxuda, nə də Rusiyanın təcavüzünə qarşı öz gündəlik işlərini dayandıra bilməyəcəklər.

Partlayış yerində polislər, müstəntiqlər, kinoloqlar və xüsusi xidmət orqanları işləyir.

Baş verənlərlə bağlı versiyalar hələlik açıqlanmayıb, lakin səfirliyin yerləşdiyi ərazinin mühasirəyə alındığı, polisin antiterror əməliyyatının protokolu əsasında hərəkət etdiyi məlumdur.

Emin Axund, Oxuməni.az