Roma papasının açıqlaması çeçenləri və buryatları qəzəbləndirib

Roma papasının açıqlaması çeçenləri və buryatları qəzəbləndirib

30 Noyabr 2022 14:17
103
Bəyəndim (0) Bəyənmədim (0)

Roma Papasının buryatların və çeçenlərin "qəddarlığı" haqqında söylədiyi sözlər beynəlxalq qalmaqala səbəb oldu.

Oxuməni.az xəbər verir ki, Papa məsələ ilə bağlı deyib ki, əlində çeçenlərin və buryatların qəddarlığı barədə çoxsaylı məlumatlar var:

"Mən Ukraynadan danışanda ölən insanlardan danışıram. Ölən insanlar varsa, onları öldürən var. Mən Ukraynadan danışanda qəddarlıqdan danışıram, çünki gətirilən qoşunların qəddarlığı haqqında çoxlu məlumatım var. Bir qayda olaraq, ən qəddar, bəlkə də, Rusiyadan olan, lakin rus ənənəsinə sadiq olmayan çeçenlər, buryatlar və s var".

Öz növbəsində Buryatiyanın rəhbəri Aleksey Tsydenov bildirib ki, Katolik Kilsəsinin rəhbərindən konkret millətlərin, daha doğrusu, buryatların və çeçenlərin mülki əhalini müdafiə edən qəddarlığı barədə qiymətləndirməni eşitmək ən azı qəribədir: "Tarix özünü sivil xalqların nümayəndəsi hesab edənlərin şəhərləri, ölkələri, hətta xalqları dağıdıb məhv etməsinə dair çoxlu nümunələr bilir. Məsələn, Şimali Amerikada hindlilərin soyqırımı. Yoxsa kimsə deyəcək ki, Xaç yürüşü də humanist addimdir .Tarixə uzağa getməyə ehtiyac yoxdur, Avropa dövlətinin paytaxtı - Belqrad şəhəri və ya bütün dövlət - Liviya buryatların, çeçenlərin və Böyük Rusiyanın digər xalqlarının iştirakı olmadan bombalandı. Və təbii ki, Roma Papası bundan xəbərdardır"

Emin Axund, Oxuməni.az