Pentaqon: ABŞ Suriyadan qoşunlarını çıxarmayıb

Pentaqon: ABŞ Suriyadan qoşunlarını çıxarmayıb

30 Noyabr 2022 12:56
62
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Suriyanın şimalında patrul nəzarətini azaldıb, lakin Türkiyənin gözlənilən əməliyyatı səbəbindən qüvvələri yenidən cəmləşdirməyib.

Oxuməni.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Ryder noyabrın 29-da bildirib.

"Biz patrulların sayını azaltdıq... Gücümüzü dəyişmədik. Biz İŞİD - in təhdidinə qarşı durmağı hədəfləyirik, bu baxımdan imkanlar azalmır", - deyə o bildirib.

Rayder qeyd etdi ki, kürdlər də patrulları azaltdılar. Türkiyənin Suriyanın şimalında quru əməliyyatının başlanması ehtimalını isə Rayder şərh etməyib, lakin Ankaranın təmkin göstərəcəyinə ümid etdiyini bildirib.

Əziz Mustafa, Oxuməni.az