Vaqnerçilər Ukraynaya göndərilmək üçün Mərkəzi Afrika Respublikasında  muzdlular toplayırlar

Vaqnerçilər Ukraynaya göndərilmək üçün Mərkəzi Afrika Respublikasında muzdlular toplayırlar

30 Noyabr 2022 12:24
41
Bəyəndim (0) Bəyənmədim (0)

"Vaqner" Mərkəzi Afrika Respublikasının (MAR) həbsxanalarında olan qatillər və başkəsənlərdən Ukraynada muzdli kimi istifadə etməyə hazırlaşırlar.

Oxuməni.az xəbər verir ki, Ukrayanada döyüşəcək bu qatil muzdlulara ayda 2-3 min dollar vəd edilir. Bununla bağlı The Daily Beast MAR-ın iki yüksək rütbəli zabitinə istinadən yazır ki, onlar Ukraynaya gətirilərək, döyüşlərə cəlb ediləcəklər. Bu məlumatlara görə, vaqnerçilər qadın və uşaqların öldürülməsi və təcavüzü də daxil olmaqla, həbsdə olan onlarla üsyançıdan muzdli kimi istifadə etmək niyyətindədir.

Zabitlərin dediyinə görə, hazırda həbsdə olanlar vətəndaş müharibəsi zamanı mülki əhaliyə qarşı xüsusi qəddarlıqları ilə seçiliblər və hətta onlar uşaqlara, qadınlara, qocalara belə rəhm etməyiblər.

Əziz Mustafa, Oxuməni.az