Avropa 2022-ci ildə Rusiyadan  qaz idxalını 40% artırıb

Avropa 2022-ci ildə Rusiyadan  qaz idxalını 40% artırıb

29 Noyabr 2022 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyadan Avropaya təbii qazın idxalı 2022-ci ilin əvvəlindən ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıb.

Oxuməni.az xəbər verir ki, 2022-ci ildə bu yanacağın bütün Avropa dəniz idxalının 16 faizini Rusiyadan olunan idxal təşkil edir. Demək olar ki, bütün idxal olunan qaz Fransa, Belçika, İspaniya və Hollandiya tərəfindən alınmışdır. Ümumilikdə Rusiya Avropaya 17,8 milyard kubmetr maye qaz ixrac edərək, regionda ikinci ən böyük tədarükçüsü olub. Birinci yerdə 42 faizlə ABŞ, üçüncü yerdə isə 13,7 faizlə Qətər qərarlaşıb. 17,8 milyard kubmetr ümumi həcm indiyədək boru kəmərləri ilə ötürülən 62,1 milyard kubmetr qazın kiçik bir hissəsidir.

Rusiya boru kəmərləri vasitəsilə Avropaya qaz nəqlini kəskin şəkildə azaltdıqdan sonra Avropa ölkələri azalan həcmləri kompensasiya etmək üçün sıxılmış maye qaz bazarına müraciət etməli oldular. Analitiklərin məlumatına görə, ilin əvvəlindən bu yana Avropa rekord həddə - 111 milyard kubmetr sıxılmış qaz idxal edib ki, bu da keçən illə müqayisədə təxminən 70 faiz çoxdur.

Emin Axund, Oxuməni.az