Finlandiya -ABŞ hərbi əlaqələri sürətlə inkişaf etdirilir

Finlandiya -ABŞ hərbi əlaqələri sürətlə inkişaf etdirilir

29 Noyabr 2022 15:29
60
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın vaxtlarda NATO-ya üzvlüyü gözlənilən Finlandiya Rusiyadan gələn təhlükə qarşısında öz hərbi gücünü artırmaqda davam edir

Oxuməni.az xəbər verir ki, bu müstəvidə də ABŞ-Finlandiya hərbi əlaqələri sürətlə inkişaf etdirilir. Bunu ABŞ-ın Finlandiyaya 320 milyon dollar məbləğində raket satmağa hazırlaşması da bir daha sübut etməkdədir. Onu da deyək ki, bu raketlər ən müasir silahlar hesab olunur. Finlandiyaya satılacaq silahların arasına 40 ədəd "AIM-9X Sidewinder Block II" qısa mənzilli idarə olunan raketlər, onlar üçün 4 taktiki qurğu, 48 ədəd "AGM-154 JSOW" taktiki raketləri, həmçinin müxtəlif təlim, dəstək avadanlığı və ehtiyat hissələri daxildir. Aydın məsələdir ki, bu silahlar ilk növbədə Finlandiyaya Rusiya təhlükəsindən özünü qoruya bilməsi üçün verilib. Finlandiya NATO-ya tamhüquqlu üzv qəbul edildikdən sonra isə Rusiyadan gələn hərbi təcavüz təhlükəsi tam şəkildə aradan qaldırılmış olacaq.

Emin Axund, Oxuməni.az