Kokain daşınmasının təxminən üçdə birinə nəzarət edən "super kartel" tutulub

Kokain daşınmasının təxminən üçdə birinə nəzarət edən "super kartel" tutulub

29 Noyabr 2022 14:41
64
Bəyəndim (0) Bəyənmədim (0)

Kokain daşınmasının təxminən üçdə birinə nəzarət edən "super kartel" tutulub.

Oxuməni.az xəbər verir ki, Avropa İttifaqı polis agentliyinin (Avropol) məlumatına görə, “Səhra işığı” əməliyyatı çərçivəsində altı Avropa ölkəsindən ümumilikdə 49 nəfər saxlanılıb.

Onların arasında bir Britaniya vətəndaşı da var - o, bütün əməliyyata rəhbərlik etməkdə şübhəli bilinir.

Europol xəbər verir ki, iki il ərzində aparılan istintaq zamanı təkcə bu iş üzrə polis tərəfindən 30 tondan çox (30 000 kq) narkotik maddə müsadirə edilib.

Polis agentliyi vurğulayır ki, “Səhra işığı” əməliyyatı eyni vaxtda beş ölkənin hüquq-mühafizə orqanlarının sıx əməkdaşlığının nəticəsidir: Belçika, İspaniya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ ) və Fransa.

Həbs edilənlərdən altısı, o cümlədən Kosta del Solda yaşayan Britaniya vətəndaşı istintaq üçün xüsusi əhəmiyyət kəsb edir.

Europolun məlumatına görə, cinayətkarlar "xüsusilə böyük miqyasda narkotiklərin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ilə məşğul olan geniş cinayət şəbəkəsi" yaradıblar.

Emin Axund. Oxuməni.az