İsveç Ukraynaya 500 milyon krona yeni hərbi yardım paketi verəcək

İsveç Ukraynaya 500 milyon krona yeni hərbi yardım paketi verəcək

29 Noyabr 2022 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İsveçi ölkəyə haubitsa və mərmi kimi silahlar verməyə çağırıb.

Oxuməni.az xəbər verir ki, İsveç Ukraynaya Rusiya işğalından qorunmaq üçün daha 500 milyon kron (46,75 milyon dollar) hərbi yardım göstərəcək.

İsveçin Baş naziri Magdalena Anderssonun sözlərinə görə, onun hökuməti Ukraynaya 1 milyard kron olan yardım paketi verəcək. Yardım təkcə hərbi hissəni deyil, həm də mülki hissəni əhatə edəcək.

Baş nazir hərbi paketə nələrin daxil ola biəcəyi barədə heç bir məlumat vermədi. O ümumi şəkildə ancaq tank əleyhinə silahlar, fərdi qoruyucu vasitələr və minalardan təmizləmə avadanlığı daxil olan yardım kimi olacağını söylədi.

"Müharibə davam edərkən Ukraynanı dəstəkləməyə davam edəcəyik" dedi Andersson.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İsveçi ölkəyə haubitsa və mərmi kimi silahlar verməyə çağırıb.

"Müharibə davam edərkən daha çox silah istəyəcəyik. Hər Avro, hər güllə, hər mərmi vacibdir" dedi Kuleba Anderson ilə görüşdükdən sonra jurnalistlərə.

Qeyd olunur ki, paketin Mülki hissəsinə ərzaq çatışmazlığı olan ölkələrə veriləcək və Ukrayna iqtisadiyyatının inkişafına töhfə verəcək Ukrayna buğdasının alınması daxildir.

Əziz Mustafa, Oxuməni.az