İran mübahisəli bayraq şəklinə görə ABŞ milli komandasına 10 oyunluq cəza tələb edir

İran mübahisəli bayraq şəklinə görə ABŞ milli komandasına 10 oyunluq cəza tələb edir

29 Noyabr 2022 11:37
61
Bəyəndim (0) Bəyənmədim (0)

İran mübahisəli bayraq şəklinə görə ABŞ milli komandasına 10 oyunluq cəza tələb edir.

Oxuməni.az xəbər verir ki, İran futbol federasiyası ABŞ komandasının mətbuat xidməti üzərində İslam Respublikasının gerbi olmayan İran bayrağının fotosunu dərc etməsindən narazı qalıblar. Amerika millisinin nümayəndələri ilə bağlı şikayət FİFA-nın Etika Komitəsinə göndərilib.
Bundan əvvəl ABŞ komandasının mətbuat xidməti sosial şəbəkələrdə İranın rəsmi bayrağından imtina qərarını “İranda elementar insan hüquqları uğrunda mübarizə aparan qadınlara dəstək” kimi izah etmişdir .

Xatırladaq ki, son vaxtlar İranda dövlət quruluşuna qarşı etiraz aksiyaları keçirilir. Artıq ikinci aydır ki, Məhsa Əmininin öldürülməsindən sonra ölkədə iğtişaşlar, mitinqlər və toqquşmalar baş verir. Qız "nalayiq şəkildə hicab geyindiyi" üçün polis tərəfindən saxlanılıb, o, sonradan komaya düşüb və dünyasını dəyişib. İran mətbuatının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Əminini şiddətlə döyüblər və bu da onun komaya düşməsinə səbəb olub.

Emin Axund, Oxuməni.az