Şotlandiya alimləri gündə səkkiz stəkan su içmək tövsiyəsini yanlış hesab edir

Şotlandiya alimləri gündə səkkiz stəkan su içmək tövsiyəsini yanlış hesab edir

29 Noyabr 2022 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Şotlandiyanın Aberdin Universitetinin alimləri müəyyən ediblər ki, gündə tövsiyə olunan iki litr su içmək həddindən artıqdır .
Oxuməni.az xəbər verir ki, Şotlandiyalı alimlər qeyd edirlər ki, insan gündəlik qəbul etdiyi mayenin təxminən yarısını qida ilə qəbul edir, ona görə də bu qədər təmiz su içmək lazım deyil. İndi böyük bir araşdırmaya əsaslanaraq, gündə 1,5-1,8 litr içməyi məsləhət görürlər.
Tədqiqatın müəlliflərindən biri olan professor Con Speakman deyib: "İki litrlik gündəlik tələbatın ilkin ölçülməsi kiçik bir səhvin nəticəsidir. İçməli olduğumuz su, ümumi gündəlik tələbatla arasındakı olan fərqi yeməklə alırıq”.

Gündəlik içiləsi suyun miqdarını bilmək üçün, insanlardan nə qədər yediklərini soruşmaqla ölçülürdü. Bununla belə, insanlar əslində olduğundan daha az yediklərini deyirlər və buna görə də hesablama səhv gedir , içməli suyun miqdarı həddindən artıq qiymətləndirilir”.
Bununla belə, yeni bir araşdırmada insan orqanizmində suyun dövriyyəsini, sabit izotoplardan istifadə edilən texnologiyadan daha dəqiq hesablaya bilib.
Tədqiqatda 23 ölkədən , 96 yaşa qədər olan 5604 insan iştirak edib.

Emin Axund, Oxuməni.az