İsveçrə qəzeti Fransa Senatının anti-Azərbaycan qətnaməsini tənqid edib

İsveçrə qəzeti Fransa Senatının anti-Azərbaycan qətnaməsini tənqid edib

29 Noyabr 2022 10:18
70
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Senatı Putinin qaz şantajına açıq şəkildə cavab verən qətnamələr qəbul edir.

Oxuməni.az xəbər verir ki, bu barədə İsveçrənin ən böyük iqtisadi frankofon qəzeti l ' Agefi yazıb. Nəşr qeyd edir ki, Fransa Senatının 15 noyabr 2022-ci ildə qəbul etdiyi qətnamədə ölkə hökumətini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırılır.

"Fransa Senatı Putinin qaz şantajının açıq şəkildə dəstəklənməsinə xidmət edən qətnamələr qəbul edir. Bu qətnamənin ciddi enerji böhranı şəraitində Fransanın özünün iqtisadi maraqları ilə necə əlaqəli olduğu aydın deyil", - deyə materialda vurğulanır.

Məqalədə, həmçinin qeyd olunur ki, Fransa özü paralel olaraq Rusiyanın müttəfiqi olan Əlcəzairdən enerji mənbələri tələb edir. Avropa Parlamentinin deputatları isə Ukraynadakı müharibəni dəstəklədikləri üçün Fransanın Əlcəzairlə əlaqələrini kəsməyi təklif edirlər.

Əziz Mustafa, Oxuməni.az