İtaliyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artmaqda davam edir

İtaliyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artmaqda davam edir

28 Noyabr 2022 16:31
42
Bəyəndim (0) Bəyənmədim (0)

Neapol prefekturasından verilən məlumata görə, İtaliyanın İskia adasında güclü yağışlar nəticəsində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Oxuməni.az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları zamanı daha 3 nəfərin meyiti tapılıb. Əvvəllər 4 qurban barədə məlumat verilirdi.

Ölənlər arasında bir körpə , 6 və 11 yaşlı iki uşaq da var. Beş nəfər itkin düşənlər siyahısındadır. Adada fövqəladə vəziyyət elan edilib və xilasetmə əməliyyatları gecə boyu davam edəcək.

Neapol prefekti Klaudio Palomba bildirib ki, təbii fəlakət nəticəsində 230 nəfər evlərindən təxliyə edilib. Sürüşməyə güclü yağışlar səbəb olub

Torpaq sürüşməsi ötən gün səhər saatlarında güclü yağış nəticəsində baş verib. Meteoroloji xidmətlər dediyinə,6 saat ərzındə 120 mm yağıntı düşüb. Palçıq və daşlarla dolu su axınları şəhəri dağıdıb.

Emin Axund, Oxuməni.az