Somalidə silahlılar prezident sarayının yaxınlığındakı otelə hücum ediblər

Somalidə silahlılar prezident sarayının yaxınlığındakı otelə hücum ediblər

28 Noyabr 2022 15:42
49
Bəyəndim (0) Bəyənmədim (0)

Bazar günü, noyabrın 27-də Somalidə radikal islamçılar ölkənin paytaxtı Moqadişoda hökumət rəsmilərinin qaldığı otelə hücum ediblər. Yaraqlılar azı on nəfəri öldürüb.

Oxuməni.az xəbər verir ki, yaralananlar arasında Somalinin daxili təhlükəsizlik naziri Əhməd Məhəmməd Dudişe də var.

Hücuma məruz qalan “Villa Rose” oteli , prezident sarayının yaxınlığında yerləşir. Şahidlərin sözlərinə görə, hücumdan əvvəl güclü partlayış olub, ardınca da atışma başlayıb.

Hücuma görə məsuliyyəti ölkənin böyük bir hissəsini nəzarətdə saxlayan Əl-Qaidə ilə əlaqəli islamçı qrup Əl-Şəbab öz üzərinə götürüb.

Avqustda Əl-Şəbab yaraqlıları Moqadişodakı otellərdən birini ələ keçirmişdilər, daha sonra hücum nəticəsində azı 30 nəfər həlak olub və yüzdən çox insan yaralanıb. Oktyabrın sonunda eyni qruplaşmanın silahlıları Somalinin Təhsil Nazirliyinin binası yaxınlığında terror aktı həyata keçirərək iki avtomobili partladıblar. 100-dən çox insan həlak olub, ən azı 300 nəfər yaralanıb.

Somalinin yeni seçilmiş prezidenti Əl-Şəbab yaraqlılarına qarşı “tam müharibə” elan edib və bundan sonra Əl-Şəbab hücumlarının sayını artırıb .

Noyabrın 26-na keçən gecə Somali hökumət qüvvələri ölkənin mərkəzi hissəsində genişmiqyaslı əməliyyat keçirib, nəticədə "Əl-Şəbab"ın 100 üzvü öldürülüb.

Emin Axund, Oxuməni.az