“Cargo Dragon” kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyasına birləşib

“Cargo Dragon” kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyasına birləşib

28 Noyabr 2022 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

SpaceX-in kosmik yük gəmisi orbital stansiyanın beynəlxalq ekipajı üçün qida, həmçinin elmi təcrübələr üçün avadanlıq və materiallar çatdırıb.

Oxuməni.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bildirib ki, Amerikanın SpaceX şirkətinin təkrar istifadə edilə bilən yük kosmik gəmisi Cargo Dragon, bazar günü, noyabrın 27-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşib.

Bu, Cargo Dragon-un BKS-ə 26-cı yanaşmasıdır , o, NASA və İlon Maskın SpaceX şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yanaşma əvvəlcə noyabrın 22-nə planlaşdırılırdı , lakin pis hava şəraiti səbəbindən təxirə salınmışdı . Dragon kosmik gəmisinin 25-ci missiyası 2022-ci il iyulun 15-dən avqustun 20-dək davam edib.

Hazırda BKS - də Roskosmosın kosmonavtları Sergey Prokopyev və Dmitri Petelin, NASA astronavtı Fransisko Rubio, həmçinin oktyabrın 6-da Crew Dragon gəmisinə gələn NASA-nın iki astronavtı Nikol Mann və Coş Kassada , Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin(JAXA) astronavtı Koito Vakata və Roskosmos kosmonavtı Anna Kikina tədqiqatlara davam edirlər.

Emin Axund, Oxuməni.az